Buxarestdə kibertəhlükəsizlik şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri və əməkdaşları, eləcə də AKTA İdarə heyətinin üzvü olan “Cyberpoint” şirkətinin rəhbəri və əməkdaşından ibarət nümayəndə heyəti Rumıniyaya işgüzar səfər çərçivəsində “Bitdefender” kibertəhlükəsizlik şirkətinin Buxarest şəhərində yerləşən baş ofisində olublar.

AKTA-dan  Polise.az -a verilən məlumata əsasən, səfər çərçivəsində şirkətin idarə heyəti ilə görüş keçirilib və nümayəndə heyətinə şirkətin fəaliyyəti və imkanları barədə ətraflı məlumat verilib. Öz növbəsində, AKTA İdarə heyətinin sədri Elvin Balacanov “Bitdefender” şirkətinin nümayəndələrini AKTA və AKTA üzvü olan şirkətlər haqqında məlumatlandırıb. Görüş zamanı AKTA və “Bitdefender” arasında mümkün əməkdaşlıq imkanları da müzakirə olunub.

Qeyd edək ki, qlobal arenada fəaliyyət göstərən “Bitdefender” şirkəti sahibkarlıq subyektləri, eləcə də qurum və və təşkilatlar üçün qabaqcıl kibertəhlükəsizlik həlləri təqdim edir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button