Yens Stoltenberq: Qərbi Balkan ölkələri NATO üçün strateji əhəmiyyətə malikdir

Qərbi Balkan regionu ölkələri NATO üçün strateji əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Baş katib region ölkələrinə səfəri zamanı Bosniya və Herseqovinada separatizm meyllərini, Kosovoda təhlükəsizlik vəziyyətinin zəif olduğunu və Belqrad-Priştina dialoqunda isə irəliləyişin əldə olunmamasına şahidlik etdiyini bildirib.

O, son dövrlərdə regionda narahat olmaq üçün səbəblər müşahidə etdiyini də vurğulayıb.

Qeyd edək ki, Yens Stoltenberq Qərbi Balkan ölkələrinə səfəri çərçivəsində Bosniya və Herseqovina, Kosovo, Serbiya və Şimali Makedoniyada müxtəlif görüşlər keçirib, regiondakı təhlükəsizlik vəziyyəti ilə maraqlanıb. Baş katib, həmçinin NATO ilə müttəfiqlik edən region ölkələrinin rəhbərlərinin sammitində də iştirak edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button