Netanyahu Baydenlə Qəzzadan daha bir girov qrupunun azad olunmasını müzakirə edib

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə telefon danışığından sonra Qəzza zolağında gündə əlavə 10 girovun azad edilməsi şərti ilə dörd günlük humanitar atəşkəsin uzadılması imkanını müsbət qiymətləndirdiyini bildirib.

Polise.az TASS-a istinadla xəbər verir ki, Netanyahu Bayden ilə Qəzzadan daha bir girov qrupunun azad edilməsini müzakirə etdiyini bildirib və bu söhbəti “çox emosional” adlandırıb. “Demək istəyirəm ki, hər gün daha 10 girovu azad etmək üçün bir yolumuz var. Bu, gözəl bir şeydir”, – deyə İsrailin Baş naziri açıqlayıb.

O, eyni zamanda, vurğulayıb ki, atəşkəs başa çatdıqdan sonra İsrail istənilən halda Fələstin anklavında hərbi əməliyyatı bərpa etmək niyyətindədir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button