Ehtiyatsızlıqdan babasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

Noyabrın 28-i saat 22:00 radələrində Zaqatala rayon sakini, 1946-cı il təvəllüdlü Yaşar İbrahimovun almış olduğu kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Zaqatala rayon prokurorluğunun mətbuat xidmətindən  Polise.az -a verilən məlumata görə, araşdırmalarla 2002-ci il təvəllüdlü Ruslan İbrahimovun həmin gün saat 16:00 radələrində onunla eyni ünvanda yaşayan babası Yaşar İbrahimova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməsi və sonuncunun həmin xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Ruslan İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button