Yaponiya Kosmik Agentliyi kiberhücuma məruz qalıb

Yaponiyanın Kosmik Agentliyi kiberhücuma məruz qalıb, lakin hakerlərin əldə etdiyi məlumatda raket və peyk əməliyyatları üçün vacib olan heç nə yoxdur. Bu barədə Reuters agentliyinə agentliyin sözçüsü bildirib.

 Polise.az  xəbər verir ki, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) sözçüsü hücumun nə vaxt baş verdiyini və digər təfərrüatları açıqlamayıb. O vurğulayıb ki, “şəbəkə avadanlıqlarının zəif olmasından istifadə edən hakerlər məlumatlara icazəsiz giriş imkanı əldə ediblər”.

Kosmik agentlik icazəsiz girişin mümkünlüyünü kənar təşkilatdan məlumat aldıqdan və daxili araşdırma apardıqdan sonra öyrənib. Agentliyin sözçüsü həmin təşkilatın adını açıqlamaqdan imtina edib. O bildirib ki, araşdırma davam edir.

Yapon mediası çərşənbə günü kiberhücumun yay aylarında baş verdiyini, polisin bu hücumdan xəbərdar olduğunu və bu ilin payızında JAXA-nı məlumatlandırdığını bildirib. Hadisə barədə ilk olaraq “Yomiuri” qəzeti məlumat yayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button