Stoltenberq: Ukraynanın NATO-nun tamhüquqlu üzvü olacağına əminik

Bu gün Brüsseldə Ukrayna-NATO Şurasının iclası keçirilir. Bu, xarici işlər nazirləri səviyyəsində ilk belə görüşdür.

AZƏRTAC Ukrayna XİN-ə istinadla xəbər verir ki, iclasda xarici işlər naziri Dmitri Kuleba ilə müttəfiqlər Kiyevin üzvlük üçün həyata keçirməli olduğu islahatlarla bağlı tövsiyələri müzakirə edirlər.

Qeyd edək ki, Ukrayna-NATO Şurasının ilk iclası bu ilin yayında Vilnüsdə keçirilən sammit zamanı baş tutub. Sonra Ukrayna-NATO Komissiyasını əvəz edən və Kiyevə daha geniş imkanlar verən format yaradılıb. Bu əməkdaşlıq formatı Ukrayna ilə Alyans arasında münasibətlərin statusunu yüksəldib və ona görüşlər keçirməyə təşəbbüs göstərməyə imkan verib, həmçinin yeni əməkdaşlıq sahələrinə qapılar açıb.

Bu gün Brüsseldə keçirilən iclası NATO-nun Baş katibi Yens Stoltenberq açaraq bildirib ki, alyans Ukraynanı qətiyyətlə dəstəkləyir. O əmindir ki, Ukrayna bir gün alyansın tamhüquqlu üzvü kimi masa arxasında əyləşəcək.

Sonra görüş qapalı davam edib. İclasda Ukraynanın NATO-ya üzvlüyü üçün həyata keçirməli olduğu islahatlarla bağlı tövsiyələrin razılaşdırılacağı gözlənilir.

Həmçinin bir gün əvvəl Kiyev Ukraynanın NATO-ya daxil olması ilə bağlı islahat planı layihəsini təsdiqləyib və Ukrayna tərəfi onu iclasda təqdim etməlidir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button