Qəzzadan təxliyə edilən daha 142 Türkiyə vətəndaşı İstanbula gəlib

Qəzzadan təxliyə edilən 142 Türkiyə vətəndaşı və onların ailə üzvləri İstanbula çatıb.

Polise.az “TRT Haber”ə istinadla xəbər verir ki, Rəfah sərhəd buraxılış məntəqəsindən Misirə keçən Türkiyə vətəndaşlar Türk Hava Yollarına məxsus təyyarə ilə Qahirə hava limanından İstanbula gətirilib.

Vətəndaşları hava limanında Xarici İşlər Nazirliyin nümayəndələri ilə AFAD səlahiyyətliləri salamlayıb.

Pasport nəzarətindən sonra bəzi vətəndaşlar ayrılmış nəqliyyat vasitələri ilə hava limanını tərk edərkən, digər əyalətlərə gedənlər isə avtobuslarla AFAD-ın müəyyən etdiyi otellərə yerləşdirilib.

İstanbula gələn vətəndaşları qarşılayan bəzi ailə yaxınları göz yaşlarını saxlaya bilməyib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button