Azərbaycanın xarici işlər naziri Rusiyaya səfərə yola düşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov dekabrın 4-də Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Polise.az -a bildiriblər ki, səfər çərçivəsində Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Polise.az