Ərdoğanın Dohaya səfəri zamanı Türkiyə ilə Qətər arasında 11 müqavilə və memorandum imzalanıb

Türkiyə və Qətər arasında müdafiə, beynəlxalq əlaqələr, siyasi məsləhətləşmələr, iqtisadiyyat və investisiya sahələrində də daxil olmaqla 11 müqavilə və əməkdaşlıq memorandumu imzalanıb.

Polise.az  xəbər verir ki, bu barədə Qətərdə səfərdə olan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın mətbuat xidməti məlumat yayıb.

İki ölkənin müdafiə nazirlikləri arasında çərçivə sazişi, Xarici İşlər Nazirliyi xətti ilə sazişlərə əlavə olaraq, müxtəlif idarələr arasında təhsil, elm və texnologiya sahələrində əməkdaşlığa, habelə beynəlxalq humanitar yardım proqramları sahəsində əməkdaşlığa dair bir sıra memorandumlar imzalanıb. Maliyyə nazirlikləri ilə ticarət və sənaye palataları arasında da müqavilələr bağlanıb.

Mətbuat xidməti bildirib ki, Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə danışıqlar zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button