Baş Prokurorluq: Füzuli rayonunda mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonunun Horadiz kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən  Polise.az-a məlumat verilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button