ABŞ Çin rejiminin uyğurlara qarşı fəaliyyətini “soyqırım” olaraq tanımağa hazırlaşır

ABŞ administrasiyası Çinin hakim kommunist rejiminin Sincan-Uyğur muxtar rayonunda yerli uyğurlara qarşı törətdiyi vəhşiklikləri soyqırım olaraq tanımağa hazırlaşır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə nüfuzlu “Politico” saytı məlumat yayıb.

Uyğurlara tətbiq olunan cinayətlərin soyqırım kimi dəyərləndirilməsi məsələsi hələ ki başlanğıc mərhələsindədir. Bunun üzərində ABŞ-ın 3 önəmli qurumu – Dövlət Departamenti, Daxili təhlükəsizlik nazirliyi və Ağ Evin nəzdində Milli Təhlükəsizlik Şurası işləyir. Saytın informasyasına əsasən, əgər “soyqırım” termini üzərində konsensusa gəlinməsə, ABŞ administrasiyası ÇXR rəhbərliyini “bəşəriyyət əleyhinə cinayətlərdə” və ya “etnik təmizləmədə” ittiham edəcək. “Politico” ABŞ-ın son addımının rəsmi Pekinlə onsuz da sadə olmayan münasibətlərini daha da gərginləşdirəcəyini qeyd edir.

Ümumiyyətlə “soyqırım”ın beynəlxalq tanınması məsələsi olduqca qəlizdir, habelə həm hüquqi, həm də siyasi nöqteyi-nəzərdən problematikdir. Məsələn, Barak Obama administrasiyası “İŞİD” terror təşkilatının xristian və yezidilərə qarşı törətdiklərini “soyqırım”, Tramp idarəsi isə Myanmada müsəlman rohincalara qarşı həyata keçirilən vəhşiliyi “etnik təmizləmə” olaraq qiymətləndirmişdi.

Bu ilin iyul ayının 31-də ABŞ Maliyyə nazirliyi “Maqnitski qlobal aktı” sənədinə müvafiq olaraq “Sincan istehsal-tikinti korpusu” şirkəti və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq olunması barədə qərar qəbul edib. Nazirlik bütün hüquqi və fiziki şəxslərə bu ilin sentyabrın 30-na qədər həmin firma ilə bütün növ əməkdaşlığı kəsməyi əmr edib.

Xəbərdə Birləşmiş Ştatlarda noyabr ayında keçiriləcək prezident seçkilərində nəticələrin fərqli olması, yəni Co Baydenin prezident seçilməsi halında da Çinə qarşı mövqeyinin dəyişməyəcəyi qeyd olunur. Bunu Co Bayden özü 2019-cu ilin noyabrında tvitter səhifəsində yazdığı statusla da təsdiq edib.

Co Baydenin seçkiqabağı kampaniyasında köməkçisi Endryu Beyts də uyğurların ÇXR tərəfindən gördüyü müsibət və məşəqqətlərini “soyqırım” kimi qəbul etdiklərini bildirib.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close