ABŞ ilin sonunadək İraqdan qoşunlarının çıxarılmasını razılaşdıracaq

ABŞ bu ilin sonunadək İraqdan qoşunlarının çıxarılmasını yerli hökumətlə razılaşdırmaq niyyətindədir.

Bu barədə “Wall Street Journal” məlumat yayıb.

“İraq və ABŞ-ın yüksək vəzifəli şəxsləri ölkədəki Amerika hərbçilərinin ilin sonunadək çıxarılmasına çağırış edən bəyanat dərc etmək niyyətindədirlər”, – deyə nəşrin yaydığı xəbərdə bildirlir.

Bununla yanaşı, bəyanatda ABŞ qoşunlarının İŞİD-lə mübarizədə İraq hökumət qüvvələrinə dəstək üçün bir müddət ölkədə qalmasının vacibliyinin vurğulanacağı da qeyd olunur.

Hamısını Göstər

Related Articles

Back to top button