ABŞ NATO üçün təhlükə yaranarsa, hərbçilərini Ukraynaya göndərəcək.

ABŞ hərbçilərini Ukraynaya göndərməyə hazırdır.

Bu barədə “Bağıran Qartallar” hava-desant diviziyasının komandiri “CBS News”a açıqlamasında bildirib.

O bildirib ki, NATO ölkəsinə hücum ediləcəyi təqdirdə hərbçilər Ukraynaya gedə bilər.

Hazırda diviziya 4700 hərbçi heyəti ilə Rumıniya ərazisindədir.

Rusiya ilə Şimali Atlantika Alyansı arasında münasibətlərin pisləşməsi fonunda 80 ildə ilk dəfə olaraq bu birləşmə Avropaya yerləşdirilib.

Eyni zamanda, Amerika rəsmiləri Rusiya və Ukrayna arasındakı münaqişədə birbaşa iştirak etmək üçün öz qoşunlarını göndərmək niyyətində olmadıqlarını dəfələrlə bəyan ediblər.

ABŞ prezidenti Co Bayden də aprel ayında eyni bəyanataı səsləndirmişdi. Onun sözlərinə görə, Vaşinqton Ukrayna ərazisinə bir dənə də olsun amerikalı əsgər göndərməyəcək.

Hamısını Göstər

Related Articles

Back to top button