“ABŞ Putinin devrilməsinə çalışmaq cəhdi etməyəcək” – Bayden
ABŞ Prezidenti Co Bayden bəyan edib ki, ölkəsi NATO və Rusiya arasında müharibəyə can atmır və «Moskvada Rusiya lideri Vladimir Putinin devrilməsinə» çalışmır.
«Biz, NATO və Rusiya arasında müharibəyə can atmırıq. Mən, Putinlə nə qədər razı olmsam da, ABŞonun Moskvada devrilməsinə cəhd göstərməyəcək – “Nyu-York Tayms” qəzetində mayın 31-də dərc olunmuş məqaləsində o, yazıb – Nə qədər ki, ABŞ və ya bizim müttəfiqlərimiz hücuma məruz qalmayıblar, biz bu münaqişədə birbaşa iştirak etməyəcəyik, Amerika ordusunu Ukraynaya döyüşməyə göndərməyəcəyik, nə də Rusiya ordusuna hücum etməyəcəyik. Biz, Ukraynaya öz hüdudlarından kənarda zərbələr endirməyə imkan verməyəcəyik və bunu təqdir etməyəcəyik».
Baydenin təsdiqlədiyi kimi, əgər Rusiya Ukraynadakı fəaliyyətinə görə yüksək bədəl ödəməyəcəksə, o zaman bu, digər potensial təcavüzkarlara bir siqnal olacaq ki, onlar da digər ölkələrin ərazisini ələ keçirə və özünə tabe edə bilərlər».
«Bu, digər dinc demokratiyaların yaşamasını təhlükə altına alar» – Ağ Evin başçısı əmindir.