ABŞ rəhbərliyi Konqres ilə Ukraynaya davamlı dəstəyi müzakirə edir.

ABŞ Dövlət Departamenti Konqresdə həm demokrat çoxluq, həm də respublikaçı azlığın nümayəndələri ilə Ukraynaya davamlı dəstəyi müzakirə edir.

Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.

“Prosesin təfərrüatlarına varmayacağam, amma biz Konqreslə həm çoxluq, həm də azlıq nümayəndələri ilə xarici siyasət və milli təhlükəsizlik sahəsində bir sıra məsələləri müzakirə edirik.

Vurğulamaq istərdim ki, Prezident Cozef Bayden və Dövlət katibi Entoni Blinken açıq şəkildə bildirdilər ki, bizim ukraynalı tərəfdaşlarımıza sadiqliyimiz təkcə sarsılmaz deyil, həm də möhkəmdir.

Biz Ukraynanı özünü və ərazisini qorumaq üçün lazım olan hər şeyi təmin etmək üçün əlimizdən gələni edəcəyik”-deyə, o bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button