ABŞ rəsmisi: “Çin Rusiyaya səssiz dəstək verir”
“Çinin Rusiyadan neft idxalını artırması Moskvaya səssiz dəstək verməkdir”.
Bu açıqlama ilə ABŞ-ın Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi çıxış edib.
“Düşünürəm ki, bu, Çinin Rusiya ilə bərabər yoluna davam etmək istəyinin sadəcə bir hissəsidir”, – deyə C. Kirbi vurğulayıb.
ABŞ rəsmisi Çini məsuliyyətli olmağa və Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb.