ABŞ Senatı Araz Ağalarovu insan alverində, pul yuyulmasında və mütəşəkkil cinayətkarlıqda suçladı

ABŞ senatorları Birləşmiş Ştatların prezidenti Donald Trampın rusiyalı partnyorları ilə bağlı xüsusi hesabat hazırlayıb. Burada Donald Trampın Rusiyada baş tutmayan biznes layihələri, həmin prosesdə onunla birlikdə hərəkət edən iş adamları barəsində danışılır. Hesabatda adı keçən şəxslər mütəşəkkil cinayətkarlıqda suçlanır və onların Rusiya prezidenti Vladimir Putinlə yaxın olduqları qeyd edilir. 

Rusdilli “forbes.ru” saytının xəbərinə görə, sənəddə Araz Ağalarovun ismi xüsusilə vurğulanır.

ABŞ Senatının Kəşfiyyat üzrə komitəsi nəzdindəki Xüsusi qrupun hazırladığı bu hesabatda Feliks Seyter (əsl adı Feliks Mixayloviç Şeferovski-red.) isimli adamın adı çəkilir. Bu şəxs Donald Trampın iş adamı olduğu dövrlərdə onunla birlikdə Nyu-York, Florida və Arizona ştatlarında potensial layihələrə imza atan “Bayrock Group”un idarəçi direktorudur. 1995-ci ildə Feliks Seyter basqın ittihamı ilə 15 ay həbs cəzası alıb. 3 ildən sonra isə o, qiymətli kağızların satışı ilə bağlı qurulan mafioz sxemdə reketçiliklə məşğul olduğunu etiraf edib. Bu etirafla Feliks Seyter həbs cəzasından yaxasını qurtara bilib. Bunun əvəzində isə o, 10 ildən çox ölkədəki kriminal qruplaşmalar, o cümlədən təhlükəli şübhəlilər barədə FTB-yə informatorluq edib.

Soviet-born Donald Trump adviser Felix Sater: 'Send 'em to jail ...

Hesabat müəlliflərinin təsbitinə görə, Feliks Seyter Rusiyadakı əlaqələrindən istifadə edərək bir sıra ölkələrin kəşfiyyat strukturları, iri oliqarxları, yüksək rütbəli hərbçiləri, araşdırma institutları ilə kontakt qurmağı bacarıb. Feliks Seyter özünü hər yerdə “Trump Organization”ın nümayəndəsi kimi təqdim edirmiş.

2007-ci ildə “The New York Times” qəzeti Feliks Seyter haqqında ifşaedici material yaydıqdan sonra Donald Tramp ondan aralanmağa çalışıb. ABŞ-ın hazırkı prezidentinin bildirdiyinə görə, o, “Bayrock Group” da əsasən Qazaxıstan əsilli türk iş adamı Tefrik Ariflə (Tofiq Arifov) əlaqə saxlayırmış.

Дональд Трамп и Теврик Ариф на церемонии открытия Trump Soho 19 сентября 2007 года в Нью-Йорке.

ABŞ Senatının hesabatında Tefrik Arifə qarşı ciddi ittihamlar səsləndirilir və onun 2000-ci ildən bu yana pul yuyulması və insan ticarəti şəbəkəsinə, Rusiyanın mütəşəkkil cinayətkar qruplarına daxil olduğu qeyd edilir.

Hesabatda Araz Ağalarovla bağlı maraqlı məqamlar var.

Burada Donald Trampın 2013-cü ildə Moskvaya gələrək “Miss Kainat” müsabiqəsində iştirak etdiyi, həmin tədbirdə milyarder Araz Ağalarov və onun oğlu Eminlə tanış olmasına toxunulur.

Oxu.az - Emin Ağalarov Donald Trampı təbrik etdi – VİDEO

Ağalarovların şirkəti həmin tədbirin təşkili və keçirilməsinə görə 12 milyon dollar pul xərcləyib. Bu vəsaitin yarısı lisenziyaların alınmasına, qalanı isə digər xərclərə sərf olunub. Tədbir təşkilatçıları 10 milyon dollar ziyan edərək ondan sadəcə 2 milyon dollar pulu geri qazana biliblər. Lakin Donald Tramp Ağalarovların gördüyü işə heyranlığını gizlətməyib. Hətta ata-oğul milyarderlərin iş qabilyyətini tərifləyən xüsusi “tvit status” həsr edib. Donald Tramp burada növbəti hədəfin Moskvada “Trump Tower”in tikilməsi olacağını bildirib. Lakin sonradan bu layihənin reallaşdırılması mümkün olmayıb.

Фото Jonathan Ernst / Reuters

“Ağalarovlar da Rusiyanın mütəşəkkil cinayətkar qrupları ilə ciddi əlaqələrə malik olub, adı qətllərdə, qadın alverində, iri miqyaslı dələduzluqda, narkotik ticarətdə, pul yuyulmasında və digər cinayət əməliyyatlarında hallanan şəxslərlə qarşılıqlı fəaliyyət həyata keçiriblər”, -deyə hesabatda bildirilir.

Bundan başqa, sənəddə Araz Ağalarovun Rusiya hökuməti, xüsusilə də 2016-cı ildə keçirilən prezident seçkilərinin nəticələrinə təsir göstərən əməliyyatlara cəlb olunan dövlət qurumları və şəxsləri ilə möhkəm bağlara malik olduğu vurğulanır. “Bu adamın həm Rusiya prezidenti Vladimir Putinə, həm də onun mətbuat katibi Dmitri Peskova çıxışı var”, -deyə sənəddə göstərilib.

Rusiyanın ABŞ-dakı siyasi proseslərə qeyri-qanuni əlaqələrini araşdıran keçmiş prokuror Robert Müllerin təsbitlərinə görə, Tramp və Ağalarovlar arasında daşınmaz əmlak sahəsində əməkdaşlıq Donad Trampın eyni adlı oğlu və “Crocus Group”un vitse-prezidenti İrakli Kaveladze vasitəsilə həyata keçirilib.

Araz Ağalarov: “O vaxt demişdim ki, biznesmen Tramp başqa ...

Senatın hesabatında İ.Kaveladzenin çirkli pulların yuyulması işində ciddi rol oynadığı qeyd olunur. Belə ki, Hesbalama palatasının sənədlərində onun saxta isimlərin adına açdığı 2000-dən çox firma vasitəsilə ABŞ banklarında 236 müxtəlif hesaba 1 milyarddan çox pul köçürdüyü iddia olunur.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button