ABŞ təyyarədaşıyan gəmisinin göyərtəsində Naməlum Uçan Obyekt

İran KİV-ləri Aralıq dənizində üzən ABŞ təyyarədaşıyan gəmisinin göyərtəsindəki Naməlum Uçan Obyektin görüntülərini yayıb. İnqilab Keşikçiləri Korpusuna bağlı olan “Tasnim” agentliyinin yaydığı görüntülərə əsasən üçbucaq formasında olan nəhəng obyekt təyyarədaşıyanın göyərtəsindədir. Həmin kadrların ABŞ Hərbi Hava Qüvvələrinin qırıcılarından birinin kabinəsindən çəkildiyi bildirilir.

Agentlik “Daily Star” nəşrinə istinadən qeyd edir ki, 2018-ci ildə çəkilmiş həmin görüntülər bu yaxınlada YouTube-ə yüklənib. Şərhlərdə sosial şəbəkə istifadəçiləri təxmin ediblər ki, həmin Naməlum Uçan Obyekt ABŞ-ın olduqca məxfi TR-3 “Black Manta” kəşfiyyat təyyarəsi ola bilər. Bu kəşfiyyat təyyarəsinin mövcudluğu heç vaxt rəsmən təsdiqlənməyib, bununla belə onun görüntüləri bir neçə dəfə internetdə yayılıb və ehtimal edilir ki, ABŞ Hərbi Hava Qüvvələri neçə vaxtdır onu istifadə edir.https://www.youtube.com/embed/rB6OQV2gD-E?fs=1&feature=oembed&&wmode=opaque

“Tasnim” agentliyinin yaydığı bu görüntülər təxminən 3 ay əvvəl YouTube-də yerləşdirilib, portalda üçbucaq formalı həmin naməlum uçan obyektə dair başqa görüntülər də var…

İnternet mənbələrində yer alan məlumatlara görə TR-3B “Black Manta” təyyarəsi (əslində o, formaca təyyarəyə qətiyyən oxşamır və fantastika filmlərindəki naməlum uçan obyektləri xatırladır) ABŞ Hərbi Hava Qüvvələrinin məxfi “Avrora” layihəsi çərçivəsində işlənib hazırlanır, bu layihə üzərində iş 20-ci əsrin sonlarında başlayıb. Layihənin maliyyələşdirilməsi Hərbi Hava Qüvvələrinin “qara kassasından” həyata keçirilir. Layihəyə nə qədər vəsait qoyulduğu haqda heç bir məlumat yoxdur.

Hamısını Göstər

Related Articles

Back to top button