ABŞ Türkiyə ilə bağlı açıqlama verdi

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel, əsas mərkəzi Kahramanmaraşda olan və 10 əyalətə təsir edən zəlzələlərlə bağlı Türkiyəyə dəstəyi davam etdirdiklərini söyləyib. Polise.az  xarici mətbuata istinadən xəbər verir ki, Patel Anadolu Agentliyinə açıqlamasında “Fikirlərimiz bu anda Türkiyə və Suriya xalqının yanında olmağa davam edir” deyib.

Su, qida və tibbi xidmət kimi əsas ləvazimatların tədarükünü, axtarış-xilasetmə işlərini dəstəkləməyə davam etdiklərini ifadə edən Patel, “Bu, dərindən bağlı olmağa davam edəcəyimiz bir məsələdir” ifadələrini işlədib.

Ən mühüm NATO müttəfiqlərindən biri olan Türkiyənin ehtiyaclarına cavab verəcəklərini qeyd edən Patel, “Biz Türkiyə hökuməti ilə birbaşa olaraq, ölkədə insanların hazırda ehtiyac duyduğu kritik yardımı təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatı və qeyri-hökumət təşkilatları vasitəsilə əlimizdən gələni etməyə davam edəcəyik”,- deyə bildirib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button