ABŞ universitetində Heydər Əliyev irsinə həsr olunmuş tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində tədbirlər planına uyğun olaraq Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimin ABŞ-nin Texas ştatına səfəri zamanı “Texas A&M” Universitetində “Enerji təchizatı mənbələri və nəqliyyat marşrutları üzrə perspektivli alternativ: Heydər Əliyevin əbədi irsi” adlı tədbir təşkil olunub.

Azərbaycanın ABŞ-dəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi Heydər Əliyevin ölkəmizin müstəqilliyinin və bütün sahələrdə, o cümlədən enerji və bağlantılar sahələrində də inkişafının bünövrəsini qoyan uzaqgörən siyasəti barədə iştirakçıları məlumatlandırmaq və ölkəmizin keçdiyi uğurlu inkişaf yolu barədə maarifləndirmə işlərinin aparılması olub.

Tədbir zamanı çıxış edən səfir Azərbaycanın enerji və bağlantılar sahələrində hazırda apardığı siyasət, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, qlobal iqlim dəyişikliyindən irəli gələn çağırışlar fonunda alternativ enerji mənbələrinə keçid istiqamətində gördüyü işlər və təşəbbüskarı olduğu regional layihələr, Şərqlə Qərb arasında tranzit ölkəyə çevrilməsi istiqamətində həyata keçirilmiş əlverişli infrastruktur layihələri və hazırda gündəmdə olan Zəngəzur dəhlizinin açılması ilə nəqliyyat və daşımalar sahəsində ortaya çıxacaq geniş imkanlar və bütün bu nailiyyətlərin məhz Heydər Əliyevin apardığı müdrik və uzaq görən siyasətin nəticəsi olaraq əldə edildiyi barədə iştirakçıları bilgiləndirib, qeyd edilən məsələlər ətrafında müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button