ABŞ və Aİ rəsmiləri Bosniya və Herseqovinanın təhlükəsizliyinə zəmanət verib

ABŞ və Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri Bosniya və Herseqovinanın təhlükəsizliyinə zəmanət verib.

Polise.az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç deyib.

Nazir bildirib ki, Rusiya Aİ-nin Bosniya və Herseqovinadakı sülhməramlı missiyasının (EUFOR “Althea”) mandatının uzadılmasına mane olacağı təqdirdə, ölkəyə NATO qüvvələri yerləşdiriləcək.

O, NATO rəsmilərinin dekabrda Sarayevoda mühüm görüşlər keçirəcəyini deyib: “İstər ABŞ nümayəndələri, istərsə də Avropa rəsmiləri ilə görüşlərimizdə NATO-nun Bosniya və Herseqovinanın təhlükəsizliyini təmin edəcəyinə dair təminat almışıq. Bu, ölkəmizdə problem yaratmaq niyyətində olan qüvvələrin qarşısını almaq üçün çox vacibdir”.

E.Konakoviç, həmçinin Bosniya və Herseqovinanın Avropa İttifaqına üzvlüyü üçün danışıqlara başlanacağı təqdirdə ölkəsinin Aİ fondlarına çıxışının olacağını və bunun ilin sonunadək reallaşacağına ümid etdiyini vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button