Abşeronda intihar hadisəsi baş verib
Polise.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyi”ndə qeydə alınıb.
Hələlik kimliyi məlum olmayan orta yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.
Ağır xəsarət alan qadın hadisə yerində ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.