Abşeronda kütləvi davada 6 nəfər bıçaqlandı, ölənlər var

Abşeronda ölümlə və xəsarətlə nəticələnən kütləvi dava olub.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib. Dava zamanı 6 nəfər – 1980-ci il təvəllüdlü Məmmədov Xəlil Zahid oğlu və qardaşı, 1975-ci il təvəllüdlü Məmmədov Məmməd Zahid oğlu, 1979-cu il təvəllüdlü Mövsümov Yaşar Mövsüm oğlu, 1987-ci il təvəllüdlü Həsən Cabbarov, 1992-ci il təvəllüdlü Quliyev Tural Firudin oğlu və dostu, 1992-ci il təvəllüdlü Həsənəliyev İqar Yaşar oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanalara çatdırılıblar.

Dava zamanı ağır xəsarət almış 2 nəfər – H.Cabbarov hadisə yerində, M.Məmmədov isə xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

00:23

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Xırdalan şəhərində qeydə alınıb.

1992-ci il təvəllüdlü Quliyev Tural Firudin oğlu və dostu, 1992-ci il təvəllüdlü Həsənəliyev İqar Yaşar oğlu bıçaqlanıblar. Hər iki yaralı təcili yardımın köməyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. T.Quliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close