Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib
![](/wp-content/uploads/2020/10/muharibe-36.jpg)
Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən bir komandir, bir rabitə avtomobili, şəxsi heyət və sursatla dolu iki ədəd “KamAz” maşını və qoşqusunda top olan üç ədəd “Ural” maşını tamamilə məhv edilib.