Ağdaş sakinində narkotik vasitə aşkarlanıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat  tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini R.Səmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı həmin şəxsdən sellofan torbada ümumi çəkisi 450 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

 Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button