Ağdaş və Göyçayda 2 000-dən artıq çətənə kolu məhv edilib

Göyçay və Ağdaş Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, Göyçay rayonunun Yalman kəndi ərazisində ümumi çəkisi 425 kiloqram olan 638 ədəd, Ağdaş rayonu Abad kəndi ərazisində isə ümumi çəkisi 800 kiloqrama yaxın olan 1424 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Hamısını Göstər

Related Articles

Back to top button