Ağstafada hərbi sursatın partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Noyabrın 15-də Ağstafa rayonunun Ceyrançöl ərazisində partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib, bir nəfər həlak olub, bir nəfər xəsarət alıb.

Polise.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Bildirilib ki, hadisə Qazax rayonunun Dəmirçilər kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov və rayonun Daşsalahlı kənd sakini, 1982-ci il təvəllüdlü Sahib İzbor oğlu Əmrahovun partlamamış hərbi sursata müdaxiləsi zamanı qeydə alınıb. Nəticədə R.İbrahimov aldığı xəsarətlərdən həlak olub, S.Əmrahov isə xəsarət alıb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button