“Aİ ABŞ-nin nəzarəti altına keçdiyinə görə siyasi çəkisini itirib” – Siyarto
“Avropa İttifaqı ABŞ-nin nəzarəti altına keçdiyinə görə siyasi çəkisini və rəqabət qabiliyyətini itirib, bundan xilas olmaq lazımdır”.
Polise.az TASS-a istinadla xəbər verir ki, bunu BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
O, Harvard Universitetində Avropanın gələcəyi ilə bağlı müzakirədə iştirak etmək üçün oradan Massaçusets ştatının Kembric şəhərinə gedəcəyini açıqlayıb.
Polise.az