Aİ-dan Ukraynaya hərbi yardımlar 10 milyard avroya çatıb

Avropa İttifaqı və üzv ölkələr birlikdə Ukraynaya artıq 10 milyard avro hərbi yardım ayırıb.

Polise.az TASS-a istinadən xəbər verir ki, bu barədə Madriddə “Yeni İqtisadiyyat Forumu”nun mükafatlandırma mərasimində çıxışı zamanı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.

“Ümumilikdə təxminən 10 milyard avroluq hərbi yardım olub. Avropanın Ukrayna üçün etdiyi hər şeyi – təkcə mənim təşviq etdiyim hərbi dəstəyi deyil, həm də bütün növ iqtisadi, makro-maliyyə və humanitar yardımları cəmləsəniz, artıq 50 milyard avroya yaxınlaşırıq”, – Aİ diplomatiyasının rəhbəri deyib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button