Aİ İranı Rusiyanı PUA və raketlərlə silahlandırmamağa çağırdı

Avropa İttifaqı (Aİ) İranı Rusiyaya pilotsuz uçuş aparatları və raketlər verməməyə, nüvə silahının yaradılması üzərində işləməməyə, regiondakı bir sıra ölkələri dəstəkləməməyə, azlıqların hüquqlarına hörmət etməyə və ölüm hökmündən imtina etməyə, eləcə də bütün beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıb. Bu barədə Aİ Şurasının İranla bağlı bazar ertəsi qəbul etdiyi bəyanatda deyilir.

“Avropa İttifaqı İranın Ukraynada Rusiyaya hər cür hərbi dəstəyini, o cümlədən pilotsuz uçuş aparatları, silahlar, xüsusilə də qısa mənzilli ballistik raketlərin tədarükünü qəti şəkildə pisləyir və qəbuledilməz hesab edir… Brüssel Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləmək üçün bütün hərəkətlərə cavab verəcək”, – bəyanatda bildirilib.

Bundan əlavə, Aİ İranı nüvə sazişinin bütün şərtlərinə tam əməl etməyə, Livan və Suriyadakı dəstəyini geri çəkməyə, azlıqların hüquqlarını təmin etməyə, küçə etirazlarının yatırılmasını dayandırmağa və ölüm hökmündən imtina etməyə dəvət edib.

Hamısını Göstər

Related Articles

Back to top button