Aİ ölkələri Rusiyadan almaz alışına qadağa qoya bilər

Avropa Komissiyası Rusiyadan almaz alışının qadağan edilməsi ilə bağlı Avropa İttifaqına (Aİ) üzv ölkələrə təklif göndərəcək.

Polise.az xəbər verir ki, bu barədə “Frans-Presse” agentliyi məlumat yayıb.

“Avropa Komissiyası baxılmaq üçün üzv ölkələrə göndəriləcək təklifi qəbul edib. 27 üzv ölkənin hamısı bunu təsdiqləsə, bu təklif yekdilliklə qəbul edilə bilər”, – agentlik bildirib.

Daha əvvəl məlumat verilmişdi ki, Rusiyaya qarşı 12-ci sanksiyalar paketinə 120-dən çox şəxsə qarşı yeni məhdudiyyətlər, həmçinin almaz daxil olmaqla, ixracla bağlı sanksiyalar və s. daxil olacaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button