Aİ sanksiyaların Rusiya iqtisadiyyatına necə təsir etdiyini açıqlayıb

Avropa İttifaqının (Aİ) sanksiyaları Rusiyanın iqtisadiyyatını məhdudlaşdırıb, sənaye potensialını əhəmiyyətli dərəcədə azaldıb.

 Polise.az xəbər verir ki, bunu Aİ-nin Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel bildirib.

O qeyd edib ki, Ukraynaya müdaxilə başlayandan bəri Aİ Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edib. Ümumilikdə, Aİ səyahət qadağası qoyub və Rusiyadan olan 1500-dən çox insanın və 250-yə yaxın təşkilatın aktivlərini “dondurub”.

“Müharibəni dayandırmaq üçün siyasətimizi davam etdirməliyik”, – deyə Jozep Borrel vurğulayıb.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı 2022-ci ildə 2,1 faiz azalıb. O cümlədən, pərakəndə ticarət 10 faiz, topdansatış isə 17 faiz geriləyib.

O bildirib ki, 2021-ci illə müqayisədə 2022-ci ildə Aİ-nin Rusiyadan ümumi idxalının 58 faizi dayandırılıb. Enerji mallarının idxalı demək olar ki 60 faiz, xüsusən də dəmir, polad, qiymətli metallar əhəmiyyətli dərəcədə azalıb. 2023-cü ilin birinci rübündə bu rəqəm 75 faizdən artıqdır, enerji məhsullarının idxalı isə 80 faiz azalıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button