Aİ-yə üzvlükdə Ukrayna, Gürcüstan və Moldovaya üstünlük verilməsi təhlükəli mesaj olar
Avropa İttifaqına üzvlük prosesində Ukrayna, Gürcüstan və Moldovaya üstünlük verilməsi təhlükəli mesaj ola bilər.
Polise.az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç deyib.
Nazir qeyd edib ki, Avropa İttifaqının Qərbi Balkan regionunda genişlənməsi Aİ-yə qarşı skeptisizmin artdığı bir vaxtda atılmış ən məqbul addım olar. İnanmıram ki, Aİ-yə üzvlük prosesində Ukrayna, Gürcüstan və Moldovaya üstünlük verilsin. Bu ədalətsizlik olar.
“Balkan regionunda genişlənmə prosesi Avropa İttifaqı üçün Bosniya və Herseqovinadan daha prioritetdir. Aİ Bosniya və Herseqovinanı siyasi mənada öz cəmiyyətində istədiyini açıq şəkildə göstərməli və danışıqlara başlamalıdır. Əlbəttə, danışıqlara başlamaq o demək deyil ki, biz Avropa İttifaqına formal mənada hansısa şəkildə yaxınlaşırıq”, – deyə E.Konakoviç bildirib.
Qeyd edək ki, ötən il dekabrın 15-də Bosniya və Herseqovinaya Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusu verilib. Qərbi Balkan dövlətlərindən Serbiya, Monteneqro, Şimali Makedoniya və Albaniya Aİ üzvlüyünə namizəd, Kosovo isə potensial namizəd ölkələrdir.
Polise.az