AK prezidenti Ukraynaya səfər etməyi planlaşdırır

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen 2023-cü ildə ilk danışığını Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparıb.

“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə AK rəhbəri tviter səhifəsində yazıb.

“Prezident Zelenski ilə yeni ildə ilk söhbətim zamanı Ukrayna xalqına səmimi dəstəyimi və 2023-cü il üçün ən xoş arzularımı çatdırdım. Aİ nə qədər lazımdırsa, o qədər dəstəkləyəcək. Biz sizin qəhrəmanlıq mübarizənizi dəstəkləyirik. Azadlıq uğrunda və qəddar aqressiyaya qarşı mübarizənizi…”, – o yazıb.

AK rəhbəri Avropa İttifaqının bu qışda Ukraynanı generatorlar, işıq lampaları, sığınacaqlar və məktəb avtobusları, eləcə də maliyyə dəstəyi ilə təchiz edəcəklərini söyləyib.

“Tezliklə sizinlə Ukraynada yenidən görüşməyi səbirsizliklə gözləyirəm”, – o əlavə edib.

Qeyd edək ki, Ursula fon der Lyayen müharibə başlayandan bəri üç dəfə Ukraynaya səfər edib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button