Almaniya Makronu hədələdi – “Bədəlini ağır ödəyəcək”

Almaniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rot ABŞ-ı hədəfə alan Fransa Prezidenti Emmanuel Makronun bunun bədəlini ağır ödəyəcəyini deyib.

Polise.az  xəbər verir ki, Makronun açıqlaması ilə razılaşmadığını bildirən Rot onun ABŞ-a qarşı ittihamlarının tamamilə əsassız olduğunu qeyd edib.

“Bu, çox narahatedicidir. Makron bunun bədəlini ağır ödəyəcək. Bəyanatları ilə birlik və komanda ruhunun lazım olduğu bir vaxtda Avropanı parçalamaqla hədələyir. Bu, əlbəttə, beynəlxalq tərəfdaşlarımızı qıcıqlandırır”, – alman siyasətçi vurğulayıb.

Rot Vaşinqtonun da Makronun sözlərindən məmnun olmadığını bildirib. Fransa liderinin vahid Avropanın təməllərini sarsıtdığını iddia edən Maykl Rot xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələrindən ona böyük reaksiyanın olduğunu söyləyib. Bu ölkələrin təhlükəsizliklərinin təmin edilməsində Almaniya və Fransadan çox ABŞ-a güvəndiklərini iddia edən siyasətçi Makronun ritorikasının bütün bu ölkələri Avropa İttifaqından siyasi olaraq uzaqlaşdırdığını deyib.

Almaniya müdafiə naziri Boris Pistorius da Fransa prezidentini də tənqid edərək, Avropanın ABŞ-ın subyekti olması iddiasını “uğursuz” adlandırıb.

Fransa prezidenti Çin səfərindən qayıdarkən, Avropanın ABŞ-dan strateji müstəqillik qazanması və Tayvan böhranına qarışmamasının lazım olduğunu söyləmişdi. Makronun bu sözləri Avropada etirazlara səbəb olub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button