Almaniya Rusiyanı START müqaviləsinə qayıtmaq üçün çağırıb

“Rusiyanın “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakını bərpa etməsini xahiş edirəm”.

Polise.az  xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok bu gün Yeni Dehlidə keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ciddi qlobal problemlər yalnız birgə səylərlə aradan qaldırıla bilər.

“Yaxşı ki, siz buradasınız və dediklərimi dinləyirsiniz. Xahiş edirəm ki, Rusiya START -3-in müqaviləsinin tam şəkildə həyata keçirilməsinə qayıtsın” – Annalena Berbok Rusiya XİN rəhbəri Sergey Lavrova müraciət edərək deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Strateji Hücum Silahlarının azaldılması Müqaviləsində (START) iştirakını dayandırmasını nəzərdə tutan qanunu imzalayıb və bu barədə ABŞ tərəfinə rəsmi nota göndərilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button