Almaniya Türkiyəyə yardım göndərib

Almaniya Hərbi Hava Qüvvələrinin humanitar yardım daşıyan 3 təyyarəsi Türkiyəyə eniş edib.

“Report” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Təyyarələr NATO-nun əsas aerodromu olan İncirlik hava bazasına enib. Bazada yardım ABŞ qüvvələri tərəfindən boşaldılacaq.

Yaxın günlərdə “Airbus A400M” nəqliyyat təyyarələrindən istifadə etməklə hava dəhlizi yaradılacaq.

Hərbi Hava Qüvvələrinin sözçüsü, 62-ci Hava Nəqliyyatı Eskadrilyasının komandiri Kristian Con deyib ki, gələn həftəyə qədər hər gün üç təyyarə göndəriləcək ki, bu da humanitar yardımın həcmindən asılıdır.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı zəlzələ ilə bağlı əlavə yardım vəd edib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Türkiyə və qonşu Suriyadakı zəlzələdən zərər çəkənlərin ehtiyacları üçün əlavə olaraq 1 milyon avro ayıracağını bildirib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button