Almaniyanın müdafiə naziri: Filippinlə hərbi əməkdaşlığı dərinləşdirmək niyyətindəyik
Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Filippinlə hərbi əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu söyləyib.
Bu barədə “Report” DPA agentliyinə istinadən xəbər verir.
Onun sözlərinə görə, qaydalar və məqsədlər 2024-cü ilin sonu, bəlkə də oktyabr ayına qədər hərbi-siyasi sazişdə göstərilməlidir.
“Biz silahlanma sahəsində daha sıx əməkdaşlıq etmək istəyirik. Buraya, məsələn, hava hücumundan müdafiə, sahil müdafiəsi və bəlkə də nəqliyyat təyyarələrinin alınması sahəsində qarşılıqlı əlaqə daxil ola bilər”, – Pistorius Manilada filipinli həmkarı Gilberto Teodoro ilə danışıqlardan sonra deyib.
Nazir qeyd edib ki, bundan əvvəl hərbi hazırlıq sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
Polise.az