Amerikanın danışılmamış xatirələri.
1960-cl ilin avqust ayında ABŞ prezidenti Eyzenhauer Amerika üçün strateji məqsəd kəsb edən Ümumi Əməliyyat Planını bəyənir.Əməliyyat Planı ilk sutka ərzində Çin və SSRİ-yə qarşı Nüvənin güclü zərbəsinin tətbiqini nəzərdə tuturdu.Tapşırığın əsas məqsədi dağıtma gücünün maksimum həddə olmasından ibarətiydi.
Son nəticədə Sovetin kütləvi məhv etmə gücünün cəmləşdiyi strateji sənaye obyektləri,hökumətin inzibati mərkəzləri məhv olunmalıydı.Lakin mütəxəssislər nüvənin tətbiq ediləcəyi məkanda ehtimal olunan nəticələrlə Prezidenti tanış edəndə o,dəhşətə gəlir.Oxuduğuma görə Eyzenhauer deyib ki,dəhşətdən saçlarım biz-biz durdu,həyacanlandım,vahimə məni bürüdü…
Eyzenhauer sonra Komitənin qərargah rəislərinin üzvlərinə zərbənin təsirindən yaranacaq nəticə barədə prezumpsiyalı məlumat verilməsini tapşırır.Təqdim olunan statistika tük ürpədici bir mənzərə yaradır.Təkcə SSRİ və Çində 325 milyon adam öləcəkmiş.100 milyon Şərqi Avropada,bir o qədər də Qərbi Avropada radioaktiv məhsulların ətrafa yayılan tullantılarından qurbanların olacağı Zati Alilərinin diqqətinə çatdırılır.100 milyon insan da yaxın ətrafda-Finlandiyada,İsveçdə,Əfqanıstan və Pakistanda, Yaponiyada insanlar zəhərlənib öləcəkdilər …
Adekvat cavab kimi Sovet İttifaqı və Çin tərəfindən tətbiq ediləcək nüvənin dağıdıcı nəticələrini də bura əlavə etsək rəqəmlər 1 milyard 325 milyon əhalinin bu ağılsızlığın qurbanına çevriləcəyini təsdiqləyirdi.
Bu qədər,dinc əhalinin məhv olacağından vahimələnən Eyzenhauer fikrindən daşınır və gələcək hökumətə Əməliyyat Planına hər hansı bir dəyişikliyinin etməməsini dönə-dönə tapşırır.
Həmin ilə qədər 1957-ci ilin aprel ayında Nobel mükafatı laureatı, alman humanitar filosofu,anti-nüvə aktivi Albert Şveystr nüvə sınaqlarının əleyhinə çıxan dünya ictimaiyyətini dəstəkləyir,nüvə silahlarının yer kürəsi üçün təhdid olduğunu və yalnız dinc məqsədlər üçün istifadəni bəyan edir.Həmin ilin may ayında aparılan interaktiv sorğu nəticəsində əhalinin 63% bu tələbi dəstəkləmişdi(?).
Bir neçə aydan sonra ingilis yazıçısı Nevil Şyutun nəşr etdiyi”Son sahildə” və yaxud,”Sahildə” və ya”Dünyanın sonu”romanı ətrafında müxtəlif fikir və mülahizələr,rəylər sanki “alov üzərinə yağ çiləyir”.Əsərdə 37 gün ərzində bəşəriyyətin qarşılaşacağı nüvə silahının tətbiqindən sonra -“Həqiqi ölümlə üz-üzə”olan bir dünya qələmə alınır…
Romanın süjet xəttinə uyğun ekranlaşdırılan filmdən sonra tamaşaçıların əksəriyyətinin göz yaşlarını saxlaya bilməməsi də diqqət çəkib.
Bu,hələ kino imiş…
1957-ci ildə qələmə alınan “Dünyanın sonu” əsəri,1959-cu ildə ekranlaşdırılır.
Rəvayət edirlər ki,Həmin dövrdə İngiltərənin Baş Naziri olmuş Uinston Çörçill Fransanın Kapdaydakı Biverbruk qəsrində verilən şam süfrəsi ətrafında əsər müzakirə predmetinə çevrilir.Danışıqları dinləyən Uinston Çörçill əsərin bir nüsxəsini SSRİ-nin rəhbəri N.S.Xruşşova göndərəcəyi barədə məlumat verir.Bu zaman,qonaqlardan biri:
-Bəs,bir nüsxəni də Eyzenhauerə göndərmək istəyinizi planlaşdırırsınızmı?-sualını verir.
Çörçill :
-Bu,əbəs yerə pul xərcləməkdir.Eyzenhauer indi ağlını itirib…,-deyir.
Ümumiyyətlə bəşəriyyəti kütləvi qırğın silahı ilə təhdid edənlər, insanların qətliamına tapşırıq verənlər,xüsusi amansızlıqla davam edən cinayətlərin iştirakçıları və cinayətkar dəstələrin havadarları,”Nüvə düyməsi-çemodanı”mənim səlahiyyətimdədir,- deyənlər ağıllarını itirənlərdir!
Allah belələrinə fürsət və imkan verməsin…
Şef redaktordan