ANAMA ərazilərin təmizlənməsi üçün xüsusi texnika alacaq

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün yeni Tədbirlər Planı hazlrlanır. 

Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov mətbuat konfransında bildirib. 

“Agentlik tərəfindən yüksək texnologiyalardan istifadə edilərək minalar axtarılır. Bununla yanaşı, ərazilərin minalardan təmizlənməsi üçün Tədbirlər Planı hazırlanır və xüsusi texnikalar alınacaq. Hazırda agentliyin altı ədəd mexaniki minatəmizləmə maşını var, onlardan beşi Slovakiya və biri Xorvatiya istehsalıdır”, – deyə o qeyd edib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button