Anar Eyvazov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin olundu

Polkovnik-leytenant Anar Eyvazov Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

Müdafiə Nazirliyidən verilən məlumata əsasən, bununla bağlı müdafiə naziri Zakir Həsənov əmr imzalayıb.

Həmçinin Mətbuat Xidmətinin rəisi vəzifəsi Anar Eyvazova həvalə edilib.

Qeyd edək ki, nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyinat alıb.

Anar Eyvazov bu zamana qədər Müdafiə Nazirliyinin mətbuat katibi idi.

Hamısını Göstər

Related Articles

Back to top button