Ankara NATO gəmilərinin Qara dənizə daxil olmasına qarşı çıxıb

Türkiyə regionda sabitliyin tərəfdarıdır və NATO üzrə müttəfiqlərini Qara dənizdən uzaq tutmağa çalışır. Bu barədə ölkənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib.

“NATO müttəfiqlərinin Qara dənizə giriş-çıxışı bu yöndə vəziyyəti gərginləşdirə bilər. Bizim Qara dənizdə sabitliyin qorunması ilə bağlı təkliflərimiz var. Çağırışımız: həyəcanlanmayın, panikaya düşməyin, çünki qarşı tərəfdə panika ola bilər. Yanlış məlumat anlaşılmazlıqlara gətirib çıxara bilər”, – deyə Akar qeyd edib.

O, bütün ölkələri “təxribat kimi qəbul oluna biləcək” davranışlardan çəkinməyə çağırıb. Eyni zamanda Türkiyənin milli müdafiə naziri vurğulayıb ki, hazırda Qara dənizdə sahilyanı hesab olunmayan ölkələrin hərbi gəmiləri yoxdur.

Hamısını Göstər

Related Articles

Back to top button