Özünü ağacdan asan 23 yaşlı qazinin intihar səbəbi açıqlandı

Aprelin 22-də Qusar rayonunun Əniq kəndində Vətən Müharibəsi qazisi Feyruz Qəhrəmanov intihar edib. Psixoloji problemlər yaşayan müharibə iştirakçısı, məhz bu səbəbdən canına qəsd edib.

Bu barədə Modern.az-a Əniq kəndinin icra nümayəndəsi Baba Məcidov məlumat verib.

“YAŞAT Fondu tərəfindən onun müalicəsi üçün 7300 manat pul köçürülmüşdü. Davamlı olaraq müalicə edilsə də, nəticəsi olmadı. Biz icra nümayəndəliyi olaraq onunla daim görüşürdük, psixoloji söhbətlər aparırdıq”, – icra nümayəndəsi deyib.

Baba Məcidovun sözlərinə görə, 1999-cu il təvəllüdlü Feyruz subay olub:

“Çox mehriban, yaxşı ailəsi var. Müalicə aldığı müddətdə kənd təsərrüfatı işləri ilə məşğul idi, həmişə at belində olardı. Allah rəhmət eləsin. Heyif, onun kimi gözəl bir insan həyatını itirdi”.

Hamısını Göstər

Related Articles

Back to top button