Ankarada Qarabağ məsələsi müzakirə olunacaq
Police.az TASS-a istinadla xəbər verir ki, türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə rusiyalı nazir aprelin 6-7-də Ankarada bir sıra mövzular üzrə danışıqlar aparacaq.
Lavrovun enerji məsələlərini, Ukrayna ətrafındakı vəziyyəti, taxıl sazişinin həyata keçirilməsini, həmçinin Qarabağdakı vəziyyətin nizamlanması və Ankara ilə Dəməşq dialoqunu ətraflı müzakirə edəcəyi gözlənilir.