Aralıqda iki güc var: biri Türkiyə, digəri… – Fransız tarixçi

Türkiyə ilə İsrail Şərqi Aralıq dənizinin iki mühüm faktorudur. Regiona marağı olan hər bir ölkə bu faktı nəzərə almalıdır.

Bunu fransız tarixçi və politoloq Maksim Qauin deyib.

Qauin Suriyanın vətəndaş müharibəsindən əvvəlki vəziyyətə qayıdacağı ehtimalının olmadığını, Livanın uğursuz olacağını, Misirin isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının yardımına ciddi ehtiyac duyduğunu açıqlayıb.

Onun sözlərinə görə, BƏƏ regional dövlət kimi görünməyə çalışsa da, Türkiyənin tayı olmadığını başa düşdükdən sonra Ankaraya qarşı kampaniyasını dayandırmağa məcbur oldu:

“Yunanıstan isə regionda əsas oyunçu sayılmır. O dövlətin nə real iqtisadiyyatı, nə istehsal gücü, nə texnologiyaları, nə də ki, müdafiə sənayesi var. Kim qaldı? Türkiyə və İsrail!”

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button