Arşakyan: Bakının qorxusundan heç kəs gəlmədi
Erməni xalqının tarixi təqvimində növbəti qara gün sentyabrın 2-də yarandı. Hələ keçən il həmin gün ermənilər bir-birini bayram münasibətilə təbrik edirdi, amma bu gün təqvimin qırmızı günü qaraya çevrilib. Xalqımızın yaddaşında belə kədərli tarixlər çoxdur, lakin məhz 2 sentyabr 2021-ci il tarixdə “dqr”in – “artsaxın” son günü kimi qalacaqdır.
Bu fikirlərlə erməni siyasi şərhçi Tevos Arşakyan bölüşüb.
Onun sözlərinə görə, 2 sentyabr 1991-ci ildə erməni deputatlar “dqr”i elan etdilər:
“Lakin dünən Ermənistanın ali vəzifəli şəxslərinin heç biri “arsax”a gəlmədi. Nə prezident, nə baş nazir, nə sonuncunu əvəz edən Papikyan, nə də XİN başçısı Mirzoyan. Niyə gəlmədilər? Cavab aydındır – burada söhbət qorxudan gedir. Onlar rəsmi Bakının qəzəbindən qorxurlar. Sentyabrın 2-də Robert Köçəryan və Serj Sərkisyan da “artsax”a gəlmədi. Halbuki ən azı onlar öz “doğma yerlərini” ziyarət edə bilərdilər. Lakin Köçəryanla Sərkisyanın da bunu etməyə cəsarəti çatmadı”, – deyə erməni ekspert qeyd edib.