Astarada xuliqanlıq etdiyinə görə saxlanılmış şəxsin üzərindən silah və narkotik aşkarlanıb
Astara rayonunun Maşxan kənd sakini E.Məmmədov Rayon Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bazarda Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elvin Hüseynov tərəfindən döyüldüyünü bildirib.
Polise.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Elvin Hüseynov saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı və lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd patron və 3 qram narkotik vasitə tiryək aşkar edilərək götürülüb
Faktla əlaqədar Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.