“Atəşkəs sülh deyil və heç bir zaman ola bilməz” – RƏSMİ

“Təəssüf ki, Ermənistan tərəfindən humanitar əsaslarla atəşkəs rejimindən süni şəkildə istifadə edilir. Atəşkəs özlüyündə sülh deyil və heç bir zaman da ola bilməz”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, hazırkı şəraitdə Moskvada qəbul olunmuş bəyanat humanitar əsaslarla qəbul edilmiş atəşkəs rejimidir.

H.Hacıyev vurğulayıb ki, bundan sonra diplomatik sahədə fəaliyyət davam etdiriləcək:

“İlham Əliyevin rəhbərliyi altında əsas hədəf Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün çalışacağıq”.

Hamısını Göstər

Related Articles

Back to top button