Atatürkün sahib çıxdığı Türk-Macar Birliyi. 2024-cü ilə doğru daha bir strateji hədəf
Macarların türk olub-olmadığına yönəlik diskussiyalar zaman- zaman aparılır. Bir çox fərqli görüşün olmasına baxmayaraq, mütəxəssislərin birgə razılaşdığı xüsus onların turan (turani) xalqlarından biri olmasıdır. Vaxtilə türk adı ilə anıldıqlan sənədlərlə ortaya qoyulur. Və macarların Orta Asiyadakı izləri də elmi işlərə mövzu olur. Məsələn, onların Qazaxıstanın Torgay bölgəsində yaşayan maldarlar ilə tarixi bağları araşdırılır. Hamımızın köksünü qabardan türk qurultaylarının təməlləri də əsası etibarı ile burada atılmışdır. 1913- 1941-ci illər arasında Macarıstanda “Turan” adı ilə nəşr edilən bir jurnal da var idi.
Atatürk dövründə, eynilə bu gün olduğu kimi, Türkiyə-Macarıstan əlaqələri çox yaxşı durumda idi. Birbaşa Atatürkün əmri ilə Ankara Dil, Tarix və Coğrafiya fakültəsi nəzdində hunqarologiya kafedrası qurulmuşdu. Atatürkün vəfat etməsi münasibətilə dəfn mərasiminin keçiriləcəyi gün Macarıstanda milli matəm günü elan edilmiş və binalardan qara bayraqlar asılmışdır.
1934-cü ildə öz etimadnaməsini təqdim etmək üçün Atatürklə görüşən Macar Krallığının Ankaradakı səfiri Yunqert Arnoti görüş zamanı əldə etdiyi təəssüratlarını bir raport halında nazirliyə təqdim etmişdir. Həmin raportdan kiçik bir bölümdə belə yazılıb: “Ona etimadnaməmi təqdim etdikdən sonra mənə yer göstərdi və mənimlə düz bir saat danışdı. Bu, indiyədək olmayan bir haldır. Məsələn, bu münasibətlə ən son alman səfirini qəbul edərkən görüş yalnız 12 dəqiqə çəkmişdi. Fövqəladə uzun müddət ərzində qəbulda olmağım türklər arasında olduğu kimi, səfirlər camiyəsində də diqqəti cəlb etdi. O, mənimlə xalqların irqi qohumluğu haqqında danışmaqdan, belə fikir mübadiləsi etməkdən məmnun olduğunu dilə gətirdi. Atatürk dedi ki, iki xalq, ölkələrimiz bir-birilə sərhəd qonşusu olduğu zaman qohum olduqlarını bilərək, bir-birinə söykənərək qorunmuş, güclərini inkişaf etdirmiş olsaydılar, son əsrlərdə Şərqi Avropa tarixi tamamilə başqa yön alardı” (Prof. Dr. Melek Çolak, Türkiyat Araştırmaları Dergisi).
Atatürkün bu ifadələri, həqiqətən, bu gün üçün də çox önəmlidir. Əgər kimdəsə “Nə üçün?” sualı yaranırsa, onda Ankarada rəsmi görüşlər keçirən Macarıstan Xarici İşlər və ticarət naziri Pitər Sijyarto- nun dünən verdiyi açıqlamaya baxsın. O dedi: “Biz Türkiyə ilə münasibətlərimizə çox böyük önəm veririk. Avropanın təhlükəsizliyi Türkiyədən keçir. Türkiyə Mərkəzi Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verməkdədir”.
Aradan keçən zaman diqqətə alınarsa, iki ölkənin yalnız Avropanın deyil, Şərqlə Qərb arasındakı “rəqsi hərəkəfin – get-gəlin təhlükəsizliyi baxımından da anlamlı bir birlik ortaya qoyduqları söylənə bilər. Həqiqətən, 2004-cü ildə Avropa Birliyinə üzv olan Macarıstan 2018-ci ildə də müşahidəçi statusu ilə Türk Şurasına daxil oldu. Macarıstan Baş naziri Viktor Orbanın 2019-ci ildə Qırğızıstanda keçirilən sammitdə söylədikləri milyonlar tərəfindən izlənmişdir. Orban demişdi: “Macar dili türk dilinə qohum bir dildir. Xristian türk eliyik. Qıpçaq-türk prinsipləri əsasında dimdik dururuq. Atillanın nəvələri olaraq yaşamaqdan şərəf duyuruq. Biz əslən türk mənşəliyik”.
Dünən Macarıstan türk dərman sektoruna birbaşa sərmayə qoyulması ilə bağlı çox önəmli bir qərar verdi. İki ölkə arasındakı xarici ticarət dövriyəsi 2,7 milyard dollardır, lakin hədəf bunu 6 milyard dollar səviyyəsinə çıxarmaqdır. Hər şeydən önəmlisi də odur ki, Macarıstan, Türkiyənin və Türk Şurasının, bir növ, Avropaya proyeksiyasıdır. Bu əlaqənin güclənməsi Türk Dünyasının Asiyadakı sıçrayışına ciddi bir töhfə verməkdədir.
Son olaraq da 2024-cü ilin Türk-Macar ili olaraq planlaşdırılması haqqındakı xəbəri çatdıraq.