Avropa İttifaqı missiyasının uğursuzluğu
Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ara Ayvazyan və Ceyhun Bayramovla üçtərəfli görüş keçirməyə cəhd göstərsə də, bu, mümkün olmayıb.
TASS-a istinadən bildirilir ki, bunu o, cümə axşamı Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasına gəldikdən sonra deyib.
“Hər iki nazir (Ermənistan və Azərbaycan nazirləri – red.) mənimlə ünsiyyətdə olduqlarına görə, biz üçtərəfli – Avropa İttifaqı, Ermənistan və Azərbaycan arasında əlaqə yaratmağa çalışdıq. Bu, mümkün olmadı, ona görə də mən hər iki nazirlə ayrılıqda görüşəcəyəm”, – deyə o bildirib.